Futbol tarixində ilk dəfə kriptovalyuta “Bitcoin”lə transfer gerçəkləşib.
Yenicag.az xəbər verir ki, bu ilkə Türkiyənin həvəskarlar liqasında çıxış edən “Harunustaspor” klubu imza atıb.
Adıçəkilən klub Ömər Faruk Kiroğlunun transfer haqqı üçün 0,0524 “Bitcoin” ödəyib.
Bu isə təxminən 440 avroya bərabərdir.