Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi başladı
2026-cı il dünya çempionatının açılış mərasimi başlayıb.
Yenicag.az xəbər verir ki, tədbir Meksikanın paytaxtı Mexiko şəhərində keçirilir.
Açılış mərasimi turnirin ilk oyunu öncəsi təşkil olunub.
Günün əsas qarşılaşmasında Meksika millisi Cənubi Afrika yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir.
Mundial iyulun 19-da başa çatacaq.













