Futbolçu odlu silaha əl atdı

media-hightechnic-468x90

hy98“Rubin”Kazana məxsus “Beşiktaş”da icarə əasında oynayan, Türkiyə millisinin də şərəfini qoruyan Gökhan Töre yenə də diqqət mərkəzinə düşüb.

Mövsüm ərzində “Fənər”lə keçirilən matçdan sonra gecə klublarının birində silahla belindən yaralanan Gökhan, bu dəfə özü silaha əl atıb.Belə ki, bir neçə həftə bundan qabaq millinin təlim-məşq toplanışı zamanı bir araya gəldiyi vaxtda Gökhan silahla yığmanın digər iki üzvü olan Hakan Çalhanoğlu və Ömer Topraka hücum çəkib.

Buna səbəb kimi isə futbolçular arasında əvvəlcədən baş verən mübahisələr göstərilir. Gökhan əlinə silah, ətrafına da bir neçə dostunu toplayaraq oteldə Hakanın və Ömerin qaldığı otağa hücum çəkib, hətta futbolçuların ağzılarına da silah dayayıb.

Bu hadisədən xəbər tutan “Beşiktaş” klubu gələn mövsüm heyətinə qatmağı planlaşdırdığı Gökhan Töreni klubdan qovub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600