Paraqvay Liqasının 18-ci turunda “Olimpiya” – “Kerro Ponteno” qarşılaşmasında qəribə hadisə baş verib.
Yenicag.az qol.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Nestor Kamaço hava mübarizəsi zamanı rəqib futbolçusunun başını dişləyib. O, bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, oyun “Olimpiya”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
www.yenicag.az