!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbolçumuz “Denizlispor”dan qovulub

!Reklam – Yazi

78705Rail Məlikov “Dənizlispor”dan qovulub. Bu barədə komandanın baş məşqçisi Özcan Bizati qərar verib.

Baş məşqçinin qərarı ilə futbolçumuz müddətsiz olaraq heyətdən kənarlaşdırılıb. Onun müqaviləsi qış fasiləsində pozulacaq.

Özcan Bizatinin belə bir qərar verməsinə səbəb Məlikovun intizamsız hərəkətləri olub. “Antalyaspor”la oyundan əvvəl müxtəlif bəhanələrlə 6 məşqi buraxan futbolçu “Karşıyaka” matçından əvvəl də eyni hərəkətləri sərgiləyib. Bu səbəbdən baş məşqçi onu heyətdən kənarlaşdırıb.

Özcan Bizati Railin qovulmasının təfərrüatlarını açıqlayıb: “Karşıyaka” matçında onu start heyətində oynatmaq istəyirdim. Ancaq taktiki məşqdə son dərəcə istəksiz olduğunu gördüm. Ona xəbərdarlıq etdim. Mənə oynamaq istəmədiyini deyəndə şoka düşdüm. Bundan sonra rəhbərliklə danışıb müddətsiz heyətdən kənarlaşdırdım. Bizim üçün Məlikov dəftəri qapandı”.

Qeyd edək ki, bir müddət əvvəl Bakıya gələn Rail Dənizliyə bir gün gec dönmüşdü. Bundan sonra U-21 komandasına göndərilən futbolçu bir həftə burda məşq etdikdən sonra əsas heyətə qayıtmışdı.

(anspress.com)

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv