!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Futbolda bir dövr də belə bitdi - O, karyerasını başa vurdu

!Reklam – Yazi

Son olaraq ABŞ-ın “Çikaqo  Fayr” komandasında çıxış edən almaniyalı ulduz futbolçu Bastian Şvanşteynger karyerasını bitirib.

Yenicag.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.

Karyerası ərzində “Bayern Münix”, “Mançester Yunayted” kimi nəhəng klublarda çıxış edən Şvanşteynger sosial media hesabından açıqlama verib: “Zaman gəldi. Aktiv futbol karyeramı başa vururam. Azarkeşlərə, “Bayern Münix”, “Mançester Yunayted”, “Çikaqo  Fayr” və millidəki bütün dostlarıma təşəkkür edirəm. Mənə gözəl anlar yaşatdınız. Eyni zamanda həyat yoldaşım Ana İvanoviç və ailəmə dəstək verdikləri üçün təşəkkür edirəm. Aktiv karyerama son qoymaq nə qədər nostalji hislər yaşatsa da irəlidə olacaq rəqabətləri düşündükcə həyacanlanıram. Futbolda qalmağa davam edəcəm. Bərabər keçirdiyimiz hər an üçün hər kəsə təşəkkür edirəm. Hər zaman qəlbimdə yeriniz var”.

Qeyd edək ki, Şvanşteynger Almaniya Milli komandası ilə 121 oyuna çıxmış, 24 qol vurmağı bacarmaqla bərabər bir dəfə də Dünya Çempionu olub. Şvanşteynger həmçinin, “Bayern Münix” forması ilə də Çempionlar Liqasının qalibi olub.

 

Almanya Milli Takımı formasıyla 121 maça çıkan Bastian Schweinsteiger, 24 gol atıp ülkesiyle de bir kez Dünya Kupası zaferi kazandı. 35 yaşındaki oyuncu, Bayern Münih formasıyla da bir kez Şampiyonlar Ligi’ni kazanma başarısı gösterdi.

www.yenicag.az

6023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv