G20 ölkələri yeni növ koronavirusla mübarizə çərçivəsində səhiyyə sahəsinin maliyyələşdirilməsinə 21 milyard dollardan çox pul ayıracaqlar.
Yenicag.az xəbər verir ki, bu barədə G20-nin rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, G20 dəvət olunmuş ölkələrlə birlikdə koronavirus pandemiyasına qarşı mübarizəni dəstəkləmək üçün qlobal səyləri əlaqələndirir.
“Bu gün üçün G20 üzvləri və dəvət olunan iştirakçı-ölkələr qlobal səhiyyə sahəsini maliyyələşdirmək üçün 21 milyard dollardan çox pul ayırmağı öhdələrinə götürüblər. Ayrılan vəsaitin xəstəliyin müalicəsinə, COVID-19-a qarşı peyvəndin hazırlanmasına və diaqnostikasına, habelə bu istiqamətdə araşdırmaların aparılmasına yönəldilməsi planlaşdırılır”, – məlumatda qeyd edilib.
www.yenicag.az