“Böyük Yeddilik” ölkələri Ukraynanın bərpa olunmasında iştirak üçün şərtlərini açıqlayıb.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, G7 formatına daxil olan ölkələrin Kiyevdəki səfirləri Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüblər.
Məlumata görə, səfirlər baş nazirlə görüşdə Ukraynanın postmüharibə dövrü üçün bərpa prosesinə hazırlıq, Qərb investisiyasının ölkəyə axınını təmin edəcək zəruri islahatlar haqqında mövqelərini açıqlayıblar:
“Qərb sərmayəsini Ukraynanın bərpa və rekonstruksiya işlərinə cəlb etmək üçün həlledici amil ölkədə şəffaflığın və hesabatlılığın təmin olunmasıdır”.
Səfirlər baş nazirə Ukraynadan antikorrupsiya sahəsində təsirli addımların atılmasını, xüsusilə Korrupsiya Əleyhinə Milli Agentliyə yeni rəhbər təyin edilməsini, aktivlərin və siyasi partiyaların maliyyə hesabatları sisteminin bəyan edilməsini gözlədiklərini bildiriblər.
www.yenicag.az