“Galatasaray Musleranın əvəzedicisini TAPDI

media-hightechnic-468x90

Türkiyənin aparıcı klublarından olan “Galatasaray” uzun illərdir komandanın qapısını qoruyan Fernando Musleranın yerinə əvəzedici axtarışlarını davam etdirir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumata görə, İstanbul klubu İngiltərə Premyer Liqası təmsilçisi “Southampton”da çıxış edən Aaron Ramsdeyli transfer siyahısına daxil edib.

Məlumata əsasən, “Cim-Bom” 26 yaşlı ingilis qolkiperin transferini reallaşdırmaq üçün onunla razılıq əldə etməyə çalışır. Qeyd olunur ki, Ramsdeylin “Southampton” ilə 2028-ci ilə qədər qüvvədə olan uzunmüddətli müqaviləsi transferin baş tutmasına əsas maneələrdən biridir. Həmçinin, klubun maliyyə tələbləri “Galatasaray” üçün əlavə çətinlik yaradır.

Bundan əvvəl İstanbul təmsilçisi “Barcelona”nın qapıçısı Mark-Andre ter Ştegen və “Aston Villa”nın qolkiperi Emiliano Martines ilə ilkin təmaslar qursa da, bu cəhdlər nəticəsiz qalıb.

Ramsdeyl cari mövsümdə çıxış etdiyi 32 oyunda 68 qol buraxıb və yalnız 4 matçda qapısını toxunulmaz saxlaya bilib.

Məlumata görə, “Southampton” klubunun aşağı liqaya düşməsi “Galatasaray”ın əlini gücləndirən əsas amillərdən biri hesab olunur.

Göycə Göycəyev

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05