“Galatasaray” və “Fenerbahçe” konqolu hücumçunun İZİNDƏ – Premyer Liqa klubları da MARAQLIDIR
Türkiyənin iki nəhəng klubu – “Galatasaray” və “Fenerbahçe” İngiltərədə çıxış edən konqolu hücumçu Yoane Vissanın transferi üçün hərəkətə keçib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.
Məlumata görə, İstanbul təmsilçiləri Premyer Liqanın “Brentford” klubunda forma geyinən 28 yaşlı futbolçunun keçidi üçün artıq rəsmi təklif göndəriblər.
Cari mövsümdə Yoane Vissa “Brentford”un heyətində 35 oyunda iştirak edərək 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun sabit çıxışı digər Premyer Liqa klublarının da diqqətini çəkib.
Konqolu hücumçunun xidmətində maraqlı olan klublar arasında “Nottingham Forest”, “Tottenham Hotspur” və “Arsenal” da yer alır.
Vissanın transferi ilə bağlı qarşıdakı günlərdə daha konkret addımların atılacağı gözlənilir.