Gedişhaqqının bahalaşacağı xəbərinə iqtisadçıdan reaksiya
İyulun 1-dən etibarən “Bakı Kart”ların satış qiymətinin 2 manatdan 3 manata qaldırılması, “bu artım gələcəkdə digər tarif dəyişikliklərinin başlanğıcı ola bilər” fikrini gündəmə gətirib. Belə ki, vətəndaşlar metroda gedişhaqqının qaldırılacağı məsələsindən də narahatdırlar.
Mövzunu Yenicag.az- a şərh edən iqtisadçı Eldəniz Əmirov narahatlığa heç bir əsas olmadığını bildirib:

““Bakı Kart”ların satış qiymətinin 2 manatdan 3 manata qaldırılması 50 faiz artımdır və təbii ki, özlüyündə az artım deyil. Amma bu, o demək deyil ki, növbəti mərhələdə avtobus, metro və digər nəqliyyat vasitələrində gedişhaqqı qiymətləri artırılacaq. Düşünürəm ki, birinin digəri ilə heç bir əlaqəsi yoxdur. Kartın qiymətinin bahalaşması başqa səbəblərdən formalaşır.
“Bakı Kart”ın qiymətinin artması kartın istehsal və xidmət xərcinin artmasından qaynaqlana bilər. Bu, nəqliyyatda yaxın zamanlarda gedişhaqqının artırılması ilə bağlı siqnal kimi qəbul edilməməlidir. Hər iki istiqamətdə olan xərclər başqa-başqa amillərdən formalaşır”.
Cəvahir













