!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gela Vasadze: "Rusiya Sarkisyandan üz döndərə bilər"

!Reklam – Yazi

“Ermənistanda bir ambisioz siyasətçinin təşəbbüsü xalqın narazılığı və dəyişiklik istəyi ilə üst-üstə düşüb”.

Qafqaz Strateji Tədqiqatlar İnstitutunun siyasi məsləhətçisi, gürcüstanlı politoloq Gela Vasadze Yenicag.ru-ya müsahibəsində Serj Sarkisyanın baş nazir təyin olunmasından sonra Ermənistanda vüsət alan etiraz aksiyalarını və proseslərin mümkün inkişafını dəyərləndirib.

– Rusiyanın dəstəklədiyi Ermənistan hakimiyyətinə qarşı təşkil olunan etiraz aksiyalarını Qərbin təşəbbüsü kimi qiymətləndirmək olar?

– Ermənistanda başlayan etiraz aksiyalarında hansısa kənar qüvvənin əlinin olduğunu söyləmək üçün hələ ki, əsas yoxdur. Əgər konspiroloji nəzəriyyələrə baş vursaq, o zaman həm Rusiyanın, həm də Qərbin bu proseslərdəki əlinin olduğunu, əlbəttə ki, iddia edə bilərik. Ancaq indiki halda Ermənistandakı proseslərdə nə Qərb “görünür”, nə də Rusiya.

Bu gün Ermənistanda bir ambisioz siyasətçinin təşəbbüsü xalqın narazılığı və dəyişiklik istəyi ilə üst-üstə düşüb. Həm də hər iki tərəf ətrafında kifayət qədər kütlə toparlanıb. Hələlik hakimiyyət heç nə ilə təhdid etmir, ancaq hərəkətə keçildiyində nə baş verəcəyini proqnozlaşdırmaq çətindir – nə desən, baş verə bilər. Əmin olun ki, o zaman nə Rusiya, nə də Qərb kənarda qalmayacaq və onlarının hansının daha fəal olcağı isə indidən bilinmir.

– Rusiya nəyə görə Qarabağ separatçılarını nəyin bahasına olursa-olsun, hakimiyyətdə saxlamağa çalışır?

– Məlum səbəblər üzündə Ermənistanın müstəqillik dönəmində ordu və güc strukturları ölkədə həlledici mövqe tutublar. Aydındır ki, bu blokda əsas rol Qarabağ əsillilərə məxsusdur. Ancaq Serj Sarkisyanın Qarabağ klanının yeganə lideri olduğunu düşünmək doğru olmazdı. Mahiyyət etibarilə, monolit bir Qarabağ klanı yoxdur – həm hakimiyyətdə, həm də ondan kənarda öz maraqları olan çox sayda qruplar da mövcuddur. O baxımdan, kritik vəziyyətdə Moskva həmin qruplardan birinə stavka edə bilər. Ancaq bu gün həm “qarabağlılar”, həm də “qeyri-qarabağlılar”ın maraqları məhz Serj Sarkisyanın sayəsində balanslaşdırılır. Ona görə də bu “halqa”nı “zəncir”dən qoparmaq olduqca çətindir. Əgər bu, baş verərsə, o halda hakimiyyətin yenidən bölüşdürülməsi prosesi başlayacaq. Lakin bütün hallarda “qarabağ”lılar öz təsir imkanlarını saxlayacaqlar.

– Ermənistanda inqilab ehtimalı varmı və bu zaman Rusiya necə davranacaq?

– Öncə onu deyim ki, hər şey mümkündür. İnqilab ehtimalı bu gün dünənə nisbətən yüksək olsa da, ümumilikdə aşağıdır. Hər şey tərəflərin – hakimiyyətlə müxalifətin özlərini necə aparmalarından asılı olacaq. Rusiya bütün imkanları ilə çalışacaq ki, Ermənistanda öz təsir imkanlarını qoruyub saxlasın. Bunun üçün Rusiyanın Ermənistanda bütün sferalarda resursları var. Ancaq inqilab baş verərsə, Rusiya Sarkisyanın yenə də dəstəkləyəcəkmi? Əmin deyiləm. Rusiya Sarkisyandan üz döndərə də  bilər. O baxımdan, Moskvanın “Əgər prosesi dayandıra bilmirsənsə, o halda idarəetməni ələ al” prinsipi ilə davranacağı daha real görünür.

www.yenicag.az

1418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv