“Gələcəyini dizayn et” layihəsi uğurla yekunlaşdı - FOTO

media-hightechnic-468x90

26 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan “Gələcəyini dizayn et” layihəsi çərçivəsində 1 ay müddətində davam edən AutoCad dərsləri yekunlaşıb.

Layihə çərçivəsində maddi cəhətdən ehtiyacı olan 20 nəfər gəncə 1 ay müddətinə ödənişsiz AutoCad proqramı tədris edilib. İştirakçılar həm kompüter biliklərinə həm də praktiki təcrübəyə yiyələniblər.

Dərslər, “Gələcəyini dizayn et” layihəsinin tərəfdaşı olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təlim mərkəzində keçirilib.

Qeyd edək ki, layihə Azərbayan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600