Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gələn il 5,4 mln. ton neft məhsulu istehsal ediləcək - Azərbaycanda

Gələn il Azərbaycanda 5, 385 mln. ton neft məhsullarının istehsalı proqnozlaşdırılır.

Yenicag.az-ın məlumatına görə, bu barədə 2019-cu il büdcə zərfində deyilir.

Məlumata görə, 2020-ci ildə 5 057,0 min ton, 2021-ci ildə 5 849,0 min ton, 2022-ci ildə 5 866,6 min ton neft məhsulları istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən, ölkədə 5 388,4 min ton dizel yanacağının istehsal olunacağı ehtimal olunur.

Belə ki, gələn il Azərbaycanda 514,7 min ton reaktiv mühərrik yanacağı istehsal edilməsi planlaşdırılır. 2020-cu ildə reaktiv mühərrik yanacağının istehsalının 484,4 min ton, 2021-ci ildə 542,1 min ton, 2022-ci ildə isə 543,7 min ton olacağı proqnozlaşdırılır. 2018-ci ildə isə reaktiv mühərrik yanacağının istehsalının 591,8 min ton olcağı gözlənilir.

2019-cu ildə soba mazutunun istehsalı 16 min ton olacağı nəzərdə tutulur. 2020-2022-ci illərdə də ölkədə soba mazutunun istehsalının 16 min olacağı proqnozlaşdırılır. Bu il isə soba mazutunun istehsalı 120 min ton olması gözlənilir.

Gələn il Azərbaycanda 62,5 min ton mühərrik yanacağının istehsal ediləcəyi planlaşdırılır. Növbəti 2020-2022-ci illərdə isə bu rəqəm dəyişməz qalacaq və 62,5 min ton təşkil etməsi proqnozlaşdırılır.

Sürtkü yağlarının istehsalının isə 2019-cu ildə 20,4 min ton olması nəzərdə tutulub. 2020-ci ildə sürtkü yağlarının istehsalı 21,3 min ton, 2021-ci ildə 19,4 min ton, 2022-ci ildə də 19,4 min ton nəzərdə tutulub. Bu ilin sonuna isə bu neft məhsulunun istehsalının 18,3 min ton olması gözlənilir.

2019-cu ildə neft bitumunun istehsalının 285,5 min ton olacağı proqnozlaşdırılır. 2020-ci ildə 286,1 min ton, 2021-ci ildə 290 min ton, 2022-ci ildə isə 291,2 min ton neft bitumunun istehsalı proqnozlaşdırılır. Bu ilin sonuna qədər isə ölkədə neft bitumunun istehsalının 247,2 min ton ton olması gözlənilir./Report/

www.yenicag.az

1739
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100