Gələn il miqrantlar üçün iş kvotası artırılacaq
Gələn il miqrantlar üçün iş kvotası artırılacaq.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
“Azad olunmuş ərazilərdə böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Bura cəlb olunan xarici şirkətlərin əcnəbi işçi qüvvəsinə ehtiyacı artıb. Bununla əlaqədar növbəti ildə kvota sayında artım gözləyirik. Özəl şirkətlərə müraciət edirik ki, əcnəbi işçi qüvvəsinin cəlb olunması ilə bağlı hər hansısa narahatlıqları və ya layihələri varsa, əvvəlcədən proqnoz məlumatlarını DMX-nə təqdim edə bilərlər”, – deyə o bildirib.