Kriptovalyuta bazarının son göstəriciləri

media-hightechnic-468x90

Yanvar ayının 19-da kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti azalıb.

Yenicag.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 2.45% ucuzlaşaraq 92 708 ABŞ dolları təşkil edib.

Son bir gündə “Ethereum”un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.95% azalaraq 3212ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 4.45%, BNB isə 2.21% ucuzlaşıb.

Qeyd edək ki, “Bitcoin”in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa