Gələn il Türkiyə ilə Yunanıstan arasında yeni körpü tikiləcək

media-hightechnic-468x90

2024-cü ilə Türkiyə ilə Yunanıstan arasında yeni körpünün tikintisinə başlanılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Yunanıstan xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Kostas Franqoyannis deyib.

O bildirib ki, bu, tərəflər arasında ikinci körpü olacaq və nəqliyyatın hərəkəti üçün istifadə ediləcək: “Bu körpü nəqliyyat və ticarət sektorlarında işimizi asanlaşdıracaq”.

K.Franqoyannis bildirib ki, iki ölkə arasında münasibətlər 29 müxtəlif sahədə inkişaf edir.

Nazir müavininin sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən turizmdə ikitərəfli əlaqələrin inkişafı üçün qarşılıqlı addımlar atılır: “İqlim böhranı və qanunsuz miqrasiya sahəsində də əməkdaşlığa ehtiyac var”.

XİN rəsmisi ikitərəfli əlaqələrin gələcəyi ilə bağlı optimist olduğunu bildirib./Report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600