!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəmi Süveyş kanalında saya oturdu - Dünya ticarətinin önü kəsildi - VİDEO

!Reklam – Yazi

Çindən Rotterdama hərəkət edən 400 metr uzunluğunda olan “Ever Given” adlı nəhəng konteyner gəmisinin Süveyş kanalında saya oturması nəticəsində dünya ticarətinin ən əhəmiyyətli qapısı artıq 3 gündür bağlıdır.

Hazırda gəmidə 10 milyon barrel neft və neft məhsulları var ki, onlardan da 2,6 milyonu (160 milyon dollarlıq) Rusiyaya məxsusdur.

Ekspertlərin fikrincə, bu hadisədə günahkar gəminin kapitanıdır. Əsas itkilərə görə, sığorta şirkəti məsuliyyət daşıyır. Üstəlik, bu hadisənin neft qiymətinin 10 faiz həcmində yüksələcəyi də proqnoz edilir.

Gəminin Süveyş kanalını bağlaması nəticəsində dünya ticarətində ciddi problem yaşanır. Belə ki, dünya dəniz ticarətinin 8-12 faizi bu kanal vasitəsilə həyata keçirilir. Hazırda yüzlərlə gəmi keçmək üçün gözləyir.

Gəminin çıxarılmasının iki həftəyə qədər vaxt aparacağı qeyd edilir.

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv