!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gənc alim Eldar Masurova cavab verdi: "Onları niyə aşağılayırsınız?"

!Reklam – Yazi

Gənc alimdən bəstəkara sillə kimi cavab: “Ziyalı belə deyirsə, digərlərindən nə gözləyək?”

“O bu sözü ilə böyük bir regionu təmsil edən klubu deyil, Qarabağ adına olan insanların sevgisini, “Qarabağ” klubunu sevən insanları təhqir edib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri bəstəkar Eldar Mansurovun bir müsahibəsində, “Qarabağ” futbol klubu haqqında dediyi, “Açığı, mən “Qarabağ”ı komanda saymıram. “Qarabağ”ı adına görə irəli çəkdilər. Bəlkə elə deyil? “Qarabağ” nə vaxtdan böyük cameə olub?”, – sözlərinə münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi-alim Zaur Əliyev deyib.

Zaur Əliyev klubun keçdiyi tarix yolunu bəstəkara xatırladaraq “Neftçi” futbol klubunun da, “Qarabağ” futbol klubunun da bu xalqa məxsus olduğunu xatırladıb və azarkeşləri nə üçün aşağıladığını soruşub:

“Azərbaycan futbolu deyiləndə ilk ağla gələn klub “Neftçi”dir. Mən uşaq vaxtı futbol topuna “Neftçi” topu” deyirdim. “Neftçi” Azərbaycan futbolunun ən zirvədə olan adıdır.

Eldar müəllim, “Qarabağ” FK-nın Azərbaycan futbol tarixində ilklərini sizə deməyin lüzumu yoxdur. Futbolumuzun dünyada tanınmasında Qarabağın rolunu da demirəm, ən azından dünya mediasında Azərbaycanda futbol deyiləndə ilk ağla gələn isim məhz “Qarabağ”dır. Bu barədə idman sahəsində mütəxəssis olanlar sizə desə, yaxşı olar.

Eldar müəllim, “Qarabağ” futbol klubunda Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi Allahverdi Bağırov oynayıb. “Qarabağ” FK oyunçuları müharibənin ən pis günlərində klubu tərk etməyərək İmarət stadionunda topun-qradın zərbələri altında oyun oynayırdılar. “Qarabağ” FK yeganə klubdur ki, müharibə illərində bütün oyunçuları könüllü olaraq döyüşmək üçün orduya yazılmaq istəyiblər, mərhum Milli Qəhrəman Fred Asif (Məhərrəmov) buna izn verməyib.
Klub 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, tamamilə məhv edilmiş və etnik təmizləməyə məruz qalmış Ağdam şəhərini “kabus-şəhər” və “Qafqazın Xirosiması”nı təmsil edir. UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanmış 32 futbol komandası arasında “Qarabağ” ev matçlarını öz stadionunda oynaya bilməyən yeganə klubdur. Beynəlxalq futbol klubu kimi qeydiyyata alınmış digər komandalardan fərqli olaraq “Qarabağ-Ağdam” yeganə klubdur ki, 28 ildən artıq müddətdə öz meydanında oynaya bilmir.

Bilirsiniz, öz doğma şəhərində oyun oynamamaq nə deməkdir? Bilirsiniz, dağılmış şəhəri, məhv edilmiş şəhəri təmsil etmək nə deməkdir? Onlar əzilmədilər, ermənilərin bu adı məhv etməsinə izn vermədilər və bu günə qədər də oynayırlar və dünyada Azərbaycanı tanıdırlar..

Çox söz yazmaq olar, amma, “Belə klubu tanımıram”, – demək nə qədər ədalətlidir? Niyə “Qarabağ” FK sevənlərə belə alçadıcı yanaşırsınız… Axı siz bu xalqın öndə olan ziyalısısınız… Ziyalı belə deyirsə, digərlərindən nə gözləyək?

Niyə xalq arasında idmanda ayrı seçkilik salıb irqçilik edirsiniz?

“Neftçi” də bu xalqın klubudur, “Qarabağ” da….

Bakılılar içərisində yüzlərlə “Qarabağ” azarkeşi var…..Onları niyə belə aşağılayırsız?”

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv