Gənc dəm qazından zəhərlənib

media-hightechnic-468x90

83a4864c0f2b7d968248911111c555b6Şəkidə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, Şəki şəhəri, 19-cu rayon Şəkinski küçəsi ev 15-də yaşayan, 1995-ci il təvəllüdlü Tacəddin Ümüdvar oğlu Gülməmmədov ağır vəziyyətdə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 20 yaşlı oğlan yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Tacəddin Gülmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa