Gənc developerlər layihə idarəedilməsinin əsaslarını öyrəniblər – Yenicag.Az

Reklam

Reklam

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “AppLab” layihəsində iştirak edən gənc developerlər üçün daha bir təlim sessiyası təşkil edib.

“Layihənin idarə edilməsi” mövzusunda keçirilmiş bu təlim, layihələrin uğurla idarə edilməsinin əsas prinsipləri ilə yanaşı, keyfiyyət meyarlarının düzgün təyin edilməsi, planlaşdırma metodlarının öyrənilməsi, PERT və Gant cədvəlləri, korporativ qaydaların müəyyən edilməsi və digər maraqlı mövzuları əhatə edib. Bakcell şirkətinin “AppLab” proqramının iştirakçılarına layihələrin həyata keçirilməsinin hər bir təşkilatda baş verən biznes proseslərinin ən vacib məqamlarından olması barədə məlumat verilib. Gənc developerlərə bildirilib ki, layihələr öz mürəkkəbliyinə görə fərqlənir və statistikaya əsasən, menecerlərin ümumi iş vaxtının 50%-dən çox olan hissəsi strategiyanın düzgün təşkil edilməsi və layihələrin düzgün idarə edilməsinə sərf olunur. Təlimin sonunda isə iştirakçılara öz yeni biliklərini praktikada tətbiq etmək imkanı verilib.

“Bakcell”in “AppLab” mərkəzində yaradılmış mühit çox yaxşı təsir bağışladı. Burada iştirakçılara yeni biliklər, fürsətlər və biznes əlaqələrin əldə edilməsi üçün geniş imkanlar verilir. Bu biznes inkubatoru təkcə iş mühiti deyil, iştirakçılar üçün keyfiyyətli bir məlumat mənbəyi rolunu oynayır və bugünkü kimi vacib mövzularda təlimlərin keçirilməsi onların daxili motivasiyasını artırmaqla yanaşı onların uğurlu olmaq şansını da xeyli artırır”, deyə CAC Təlim Mərkəzinin təlimçisi Məmməd Orucov bildirib.

“AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2734
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."