Gənc əsgərlərin andiçmə mərasimi keçirildi

media-hightechnic-468x90

İyulun 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən Yenicag.az-a verilən məlumata görə, mərasimdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.

Daha sonra Dövlət Himni ifa olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.

Çıxış edənlər sərhədçilərin keçdiyi şanlı döyüş yolundan, Vətən müharibəsində əldə olunan Qələbədən və postmüharibə dövründə sərhədlərimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin hərbi, siyasi qüdrəti daha da artır, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Sərhədlərimizin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və Azərbaycan sərhədçisi bu şərəfli vəzifənin məsuliyyətini dərk edərək üzərinə düşən missiyanı yüksək peşəkarlıqla yerinə yetirir.

Gənc sərhədçilərin valideynləri övladlarının şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını bildirib, yaradılan şəraitə görə dövlətimizin başçısına və DSX-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda əsgərlər tərəfindən təntənəli keçid olub, xidmətdə fərqlənən hərbi qulluqçular təltifləndiriliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600