Gənc evdə özünü asdı

media-hightechnic-468x90

hujiBakıda oğlan sevgisini sübut etmək üçün inanılmaz addım atıb. Sevdiyi qıza qovuşa bilməyən gənc özünü öldürüb.

Səbail rayonunda 27 yaşlı İlyas Abbasov özünü yaşadığı evdə asıb.

Rayon prokurorluğundan  bildirildi ki, İ.Abbasovu ölümə sürükləyən dayısı qızına olan sevgisidir. O, uzun müddətdir dayısı qızını sevirmiş. Lakin dayısı, qızını heç bir işi olmayan, özünü normal aparmayan bacısı oğluna verməkdən imtina edib.

Dünən saat 15 radələrində İ.Abbasov özünü Badamdar yolunda yerləşən evlərində sintetik iplə asıb. İ.Abbasov heç bir yerdə işləmirmiş və xəstəliklə əlaqədar hərbi xidmətə də getməyib. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600