Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gənc jurnalistlərin İnternet Təhlükəsizliyi Forumu başladı

x1DaQ91H6piq

FORUM Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən GƏNC JURNALİSTLƏRİN İNTERNET TƏHLÜKƏSİZLİYİ FORUMU layihəsi çərçivəsində reallaşıb.

Forumun açılışında tanınmış telejurnalist, layihənin koordinatoru Anar Yusifoğlu, Ölkə.az xəbər saytının baş direktoru-Məmməd Gülməmmədov, Media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant – İbrahim Rüstəmli, Interpress.az saytının baş redaktoru Ramal Hüseynov, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər və digər QHT və Media nümayəndələri iştirak edirdilər.

 

Tədbiri giriş sözü ilə ASGA-nın sədri Səbuhi Abbasov açaraq problemin aktuallığından danışdı: “Bilirsiniz, ötən il internet mediada dezinformasiya ilə bağlı ciddi həyacan siqnalı çalındı. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Məhz bu görüşdən sonra bu sahədə ciddi dönüş yarandı. Bizim əsas məqsədimiz də məhz bu kimi problemlərin yaranma səbəbini müzakirə etmək və gənc jurnalistlərin daha çox bilgilənməsinə, maariflənməsinə nail olmaqdan ibarətdir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7News.az saytının baş redaktoru Səbuhi Abbasov isə çıxışında layihənin aktuallığından danışdı: “İnternet medianın son 10 ildə sürətli inkişafı, həm də, bir çox problemlərin yaranması deməkdir. İnternet medianın sosial şəbəkələrə inteqrasiyası isə bu istiqamətdə ciddi maarifləndirmə işlərinin aparılmasını zəruriləşdirdi. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyimiz GƏNC JURNALİSTLƏRİN İNTERNET TƏHLÜKƏSİZLİYİ FORUMU layihəsi də məhz bu zərurətdən meydana gəldi. Hal-hazırda Forumun www.internet-security.clubsaytı fəaliyyət göstərir. Gənc jurnalistlər sayta daxil olmaqla internet təhlükəsizliyi barədə ciddi informasiyalar əldə edəcəklər. Mən öz növbəmdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, FORUM 3 gün davam edəcək və 31 iyul tarixində Gəncə şəhərində təntənəli bağlanış mərasimi keçiriləcək.

www.yenicag.az

246