Gənc oğlan bıçaqlandı

media-hightechnic-468x90

bicaq_787Balakəndə 22 yaşlı gənci meşədə bıçaqlayıblar. Balakən Rayon Mərkəzi Xəstəxanasından  verilən məlumata görə, martın 5-də saat 23:30 radələrində rayonun Kortala kənd sakini, 1993-cü il təvəllüdlü Tural İkram oğlu Şibriyev döş qəfəsinin sol yarısının kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. 22 yaşlı Tural Şibriyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Kortala kəndi yaxınlığındakı meşə zolağında baş verib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, T. Şibriyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması araşdırılır(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa