Gənc oğlan özünü qatarın altına atdı - Bakıda

media-hightechnic-468x90

“Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasında 17 yaşlı gənc relsin üzərinə yıxılıb.

Bu barədə Yenicag.az-a QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saat 08.41-də “Həzi Aslanov” – “İçərişəhər” xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib.

N.Paşayev qeyd edib ki, 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relsin üzərinə yıxılıb:

“O, hər hansı xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlayıb”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600