Gənc qız dərmandan zəhərlənib
Balakən rayonunda dərmandan zəhərlənmə faktı baş verib.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumata görə, rayonun Talalar kənd sakini, 1990-cı il təvəllüdlü, Fəxriyyə Muxtar qızı Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Aparılan müayinə zamanı məlum olub ki, Fəxriyyə Məmmədova yüksək dozada dərman qəbul edib.
Fəxriyyə Məmmədovaya lazımi tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.
Balakən rayon Polis Şöbəsindən bildirilib ki, 24 yaşlı F. Məmmədovanın yüksək dozada dərman içməsinin səbəbini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.