Gəncə Beynəlxalq şərab festivalına hazırlaşır
Gəncə şəhərində III Beynəlxalq şərab festivalına ciddi hazırlıq işləri görülür.
Sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək festivala dünyanın müxtəlif ölkələrinin, o cümlədən Fransa, İtaliya və Almaniyanın 30-dan artıq tanınmış şərabçılıq şirkətindən 200 nəfərədək nümayəndə qatılacaq.
Tədbirin proqramına daxil olan məsələlərin müzakirəsindən əlavə, festival günlərində qonaqlar şəhərin görməli yerlərini gəzəcək, tarixi və mədəni abidələrini ziyarət edəcək, Cavad xan küçəsində təşkil olunacaq sərgiyə baxacaqlar. (azertag.az)