Gəncədə 100,7 milyon kilovat-saatlıq elektrik enerjisi istehlak edilib
“Gəncə” Elektrik Şəbəkəsində (EŞ) cari ilin avqust ayında 100,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib.
“Azərenerji”dən verilən məlumata görə, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 13 milyon kilovat-saatdan artıq olub. Ödənişdə mütləq artım isə 28 faizdən çoxdur.
Cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak 788,6 milyon kilovat-saatdan artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 100,7 milyon kilovat-saata yaxın olub. Ödənişdə mütləq artım isə 11 faizə yaxın olub. (azadinform.az)