Gəncədə ağır yol qəzası baş verib-Fotolar

media-hightechnic-468x90

samux_qeza_170115Gəncədə iki avtomobil toqquşub.

Gəncə şəhəri, Cavadxan küçəsində bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 16:00 radələrində qeydə alınıb. Gəncə sakinləri – 19 yaşlı İslam Şahbazova məxsus “Hyundai” və 21 yaşlı Abbas Kərimova məxsus “Niva” markalı avtomobil toqquşub. Nəticədə “Niva”nın sərnişini 21 yaşlı Orxan Qarayev ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qəzanın baş verməsinə səbəb “Niva”nın “Hyundai”ın yoluna çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600