Gəncədə ata və oğul bıçaqlandı

media-hightechnic-468x90
img1316274Gəncədə qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ramil Əliyevlə 1973-cü il təvəllüdlü Rəhman Qənbərov arasında yaranan mübahisə zamanı Rəhmanla oğlu Elnur Ramili döyülərək müxtəlif bədən xəsarətləri yetiriblər.
Ramil isə onu döyən ata və oğulu bıçaqlayıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə dalaşan şəxslər sərxoş olublar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

media-banner_tuq
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05