Gəncə şəhərində yol qəzası baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin Eminbəyli və Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. Nəticədə sürücü, 2004-cu il təvəllüdlü Şahin Pərviz oğlu Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər – 2003-cü il təvəllüdlü Hüseyn Elnur oğlu Yunisli isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Report/