!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlandı

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gəncə şəhəri, A.Səhhət küçəsi, bina 20, mənzil 5 ünvanında yerləşən “Eldar” aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Yenicag.az xəbər verir ki, aptekdə aşkarlanan “Bəyaz Flora” MMC-yə məxsus 18 ml şüşə flakonlu “Stopain” əmtəə nişanlı qulaq damcısının gigiyenik vasitə olmasına baxmayaraq istifadə təlimatında (içlik vərəqə) bioloji aktiv qida məhsulu olduğu göstərilib. Həmçinin yoxlama zamanı aptekdə istifadə müddəti bitmiş “Kalmapol” və “OsteoCal-D” nişanlı bioloji aktiv qida məhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, nöqsan aşkarlanmış məhsullarla bağlı məhdudlaşdırıcı tədbir görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

COP29

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv