Gəncədə oğurluq hadisəsi baş verib

media-hightechnic-468x90

скачанные файлы (2)Gəncədə oğurluq edilib.

Yenicag apa-ya istinadən bildirir ki, şəhər sakini Natiq Aslanov idarəyə müraciət edərək bildirib ki, o, Rusiya Federasiyasında yaşayan qardaşı Vüqar Aslanovun Dədə Qorqud küçəsində yerləşən mənzilinə baş çəkib.

Bu zaman məlum olub ki, naməlum şəxs və ya şəxslər evin pəncərəsindən içəri daxil olaraq, oradan televizor, mikrodalğalı soba, bir neçə ədəd dəri gödəkcə, 2 min ABŞ dolları məbləğində pul və digər ev əşyalarını oğurlayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa