Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən şəxs saxlanıldı

media-hightechnic-468x90

Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən şəxs cinayət başında saxlanılıb.

Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq istəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İ. İbrahimov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600