Gəncəlilər üçün 2 günə 4 rəqib

media-hightechnic-468x90

kepez“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri bəlli olub.

Yeniçağ.az kluba istinadən xəbər verir ki, iki günə dörd yoxlama matçına çıxacaq “sarı-göylər” Premyer Liqa və 1-ci divizion klubları ilə qarşılaşacaq.

“Kəpəz” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AZAL-la görüşəcək.

Yanvarın 19-da Gəncə təmsilçisi günün ilk yarısında (saat 11:00-da) “Qaradağ Lökbatan”la, ikinci yarısında isə (saat 15:00-da) “Zirə”ylə oynayacaq. “Zirə”yə qarşı görüş rəqibin meydanında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da reallaşacaq.

Gəncə klubu yoxlama matçlarına iki fərqli heyətlə çıxacaq.

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600