Gənclər Fondundan yeni layihə
Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin Fərdi Layihələr İnstitutu” layihəsinə start verilib. Layihənin icra müddətində öz idealarını həyata keçirmək istəyib də, bunu layihə şəklində yaza bilməyən gənclərə dəstək olunacaq.
Belə ki, onlara layihələrin yazılması, idarə edilməsi öyrədiləcək. Bundan əlavə müxtəlif yaş qruplarından olan həmin gənclərlə ekspertlər arasında görüşlər təşkil ediləcək. (azadinform.az)