Gənclər və İdman naziri Bağdad Əmrəyev ilə görüşdü - FOTO

media-hightechnic-468x90

Gənclər və idman naziri Fərid Qayıbov İstanbulda Türk Şurasının mənzil-qərargahını ziyarət edib və baş katib Bağdad Əmrəyevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, görüş zamanı Özbəkistanda keçirilmiş Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclasında qəbul edilmiş qərarların icrası müzakirə olunub.

Gənclər və idman sahəsində əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulayan nazir birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.

Görüşdə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, layihə əlaqələndiricisi Əli Çivilər, Gənclər və İdman Nazirliyinin sektor müdirləri Fuad Babayev və Kənan Kərimov iştirak ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600