General ordudan uzaqlaşdırıldı

media-hightechnic-468x90

mnkAzərbaycan Müdafiə Nazirliyində xidmət edən daha bir general Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb.

media-banner_tuq

Müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib.

Xatırladaq ki, bu günlərdə müdafiə nazirin əmri ilə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev daxil olmaqla, 7 general – Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər.

apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05