Gərginlik artır: ABŞ-ın hərbi bazalarına hücum edildi

media-hightechnic-468x90

Livanın “Al Mayadeen” telekanalı Suriyada ABŞ-ın iki hərbi bazasına hücum edildiyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Reuters bildirib.

Suriyada İraq və İordaniya ilə sərhəddə yerləşən Əl-Tanf hərbi bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Bundan əlavə, KİV-in məlumatına görə, Deyr əz-Zor əyalətində yerləşən Konoko hərbi bazası da raket atəşinə tutulub.

İtkilər barədə məlumat yoxdur. Hücumların kim tərəfindən həyata keçirildiyi məlum deyil.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib./bakupost.az

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05