“…geri addım atarsa, hakimiyyətini itirə bilər”

media-hightechnic-468x90

Ukraina_ES_Rossiya_2Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və təşkilatın aparıcı dövlətləri olan Almaniya ilə Fransanın liderləri Angela Merkel və Fransua Olland Rusiyaya qarşı tətbiq olunmuş sektoral sanksiyaların müddətini  2015-ci ilin sonuna qədər uzatmaq qərarına gəliblər.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə düşünür ki, “Rusiya artıq daxili böhrana sürüklənməkdədir. Bugün Rusiya daxilində iqtisadi,sosial problemlər getdikcə böyüyür. Bunun fonunda qiymətlərin artımı müşahidə olunur, İstər nəqliyyat sistemində istərsə də xidmət sahələrində hətta kommunal xidmətlərdə belə aydın sezilir.. Mövcud durum Rusiya ücün yaxın gələcək də yaxşı həcnə vəd etmir Çünki neft artıq hər gün dünya bazarında qiymət itirməkdədir. Rusiya büdcəsinin əsas hissəsini təbii sərvətlərin satişı ilə əldə olunan maliyyə hesabına doldurur. Bütün bunların fonunda Rusiya da irqçilik, şovinizm və ayrı seçkilik kimi mənfi aura hökm sürür. Rusiyanın gələcəyini düşünən siyasətçilər bu gedişin onlar ücün yaxsi hec nə vəd etmədiyini bilirlər və gələcək problemlərdən cıxış yolu ücün müxtəlif variantlar üzərində işləyirlər. Onlar bilirlər ki, ferrux fərrux farruxRusiya barıt dolu çəlləyə bənzəyir və istənilən an ən pis şəkildə partlaya bilər. Lakin Rusiya daxilində isə əksini düsünənlər var. Bunlar bügun Krım işğalını dəstəkləyənlər və 2008-ci ildə Gürcüstan hadisələrinə görə sevinənlərdir. Bugun onlar ücün tətbiq olunan sanksiyalarin heç bir əhəmiyyəti yoxdur. Onlar sabahı deyil sadəcə bu günü düşünərək, öz güclərini göstərmək istəyən şəxslərdir. Onlar Hərbi Kəşfiyyat, Milli Təhlükəsizlik sektorunda çalışan bir qrup millətçi və imperialist düşüncəli şəxslərdir. Onlar iqtisadiyyatı düşünən demokratlar deyil və onlar sabahı düşünə bilmədikləri üçün bu günlə kifayətlənməli olurlar. Bu gün hələ ki, bu şəxslər hakimiyyətdədirlər və Avropanın onlar ücün uzatmış olduğu sanksiyaların hər hansı bir əhəmiyyəti yoxdur. Onlar Rusiyanin yenidən SSRİ kimi böyüməsinin tərəfdarıdırlar və bunun üçün işğalçılıq siyasətini davam etdirilməsini istəyirlər. Onlar Putini bu addımı atmaq üçün təhrik edirlər. Onların ölkə daxilində çox böyük gücə sahibdirlər. Putin də yaxşi bilir ki əgər geri addım atarsa, hakimiyyətini itirə bilər. Bu baxımdan bu sanksiyalarin uzadılmasının hər hansı köklü dəyişikliyə gətirib cıxaracağına inanmaq çətindir”.

Kamran

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600