!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Get-gedə Ukraynanın üzünə bağlanan Avropa QAPISI: "Müharibənin taleyini həll edən əsas hadisə..."

!Reklam – Yazi

“Ukrayna Avropa Birliyindən nəyinsə müqabilində aldığı yardımları 2059-cu ilə qədər geri qaytarmaq gücündə olmayacaq”.

Bunu Avropanın Daxili bazar üzrə komissarı Terri Bretonun Avropa İttifaqının Ukraynaya yardımları ilə bağlı narazılıq tərkibli bəyanatını şərh edən politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, ABŞ-də Demokratlar və Respublikaçılar arasında yaranan fikir ayrılığına görə Ukrayna üçün ayrılan yardım paketi qəbul oluna bilməyib:

“Narazılığın yaranmasının və bu kimi bəyanatlar səsləndirilməsinin başlıca səbəbi hazırda Ukrayna yükünün Avropanın üzərinə düşməsidir. Rusiya ilə Ukrayna müharibəsi fonunda Kiyevə edilən yardımların qarşıdakı illər üçün yavaş-yavaş azaldılması nəzərdə tutulub. Yəni Avropa Birliyi Ukraynanın vəziyyətindən asılı olaraq, birbaşa yox, müəyyən azalmalarla yardımları dayandıracaq. Hesablamalara görə, Ukrayna Avropa Birliyindən nəyinsə müqabilində aldığı yardımları 2059-cu ilə qədər geri qaytarmaq gücündə olmayacaq.

Avropa və ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskinin yay fəslinə qədər əks-hücum əməliyyatını gözləyəcək. Çünki qışın müharibə üçün yaratdığı maneələr aradan qalxır. Əlavə olaraq, Ukraynanın psixoloji durumu göz qarşısındadır. Gəncləri Avropaya və digər regionlara üz tuturlar. Ukrayna özü isə istər Rusiya iqtisadiyyatı, istərsə də hərbisi üçün tab gətirəcək ölkə deyil.

Həmçinin noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləri də bu müharibənin taleyini həll edən əsas hadisə olacaq. Trampın yenidən prezident seçilməsi ABŞ-nin Kiyevdən əlini çəkməsi, nəticədə isə Rusiya ilə müharibədə Ukrayna dövlətçiliyinin süqutu deməkdir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv