!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Getdikcə “əriyən” 3+3 formatı: “Gürcüstandan sonra Ermənistanın da oranı tərk etməsi...”

!Reklam – Yazi

“Tərkibinə nəzər saldıqda, bu formatın uzunmüddətli olacağı onsuz da əvvəldən şübhə doğururdu”.

Bu fikirləri Gürcüstanın Tehranda 3+3 formatında təşkil olunan görüşdə iştirakdan imtinasının səbəbini və formatın özünün mümkün aqibətini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynlinin fikrincə, aralarında ciddi ziddiyyətlərin olduğu ölkələrdən qurulan 3+3 formatının taleyi sual altındadır:

“Gürcüstan hələ ilk ilk gündən bəyan etmişdi ki, həmin formatda iştirak etmək niyyətində deyil. Rəsmi Tiflis bu mövqeyini Rusiyanın timsalında işğalçı ölkə ilə eyni formatda təmsilçiliyin mümkünsüzüyü ilə əsaslandırır.

Eyni zamanda, İranın daxil olduğu regional əməkdaşlıq formatları Qərb üçün qəbuledilməz sayılır. Qərbin aparıcı dövlətləri bölgədə sülhyaradıcı prosesdə, beynəlxalq təşəbbüslə bağlı məsələlərdə İranın iştirakını qətiyyətlə rədd edirlər.

Bununla belə, İranla müqayisədə mahiyyətcə ona bənzəyən Rusiyaya münasibət nisbətən yumşaqdır. Ona görə də, bu formatın öz mövcudluğunu 3+2 kimi davam etdirməsi daha real görünür.

Ancaq Ermənistanın son davranışları göstərir ki, Gürcüstandan sonra o da bu formatdan imtina edə bilər. Qərbin İranın regionda sülhyaratma prosesində olmasını istəməməsi ilə yanaşı, ümumiyyətlə, Tehranın bu məsələlərdə səmimi olacağı da şübhəlidir.

Çünki İranın Azərbaycana qarşı ənənəvi düşmənçiliyi var. Ermənistan Qərbin təsir dairəsində olduğu üçün İrəvanın da böyük ehtimalla, bu formatdan imtina edəcəyi gözlənilir. Dediyim kimi, tərkibinə nəzər saldıqda, bu formatın uzunmüddətli olacağı onsuz da əvvəldən şübhə doğururdu“.

Səxavət Məmməd

COP29

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv