!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük generalının qoçuları jurnalisti hədələyir

!Reklam – Yazi

yenicag.az_gomrukSon zamanlar Gömrük Komitəsilə bağlı mediada ardıcıl olaraq tənqidi yazılar dərc olunur. Bu yazılarda gömrük generallarının biznesi, hədsiz sərvətləri, topdağıtmaz villlaları barədə fotoşəkillərlə zəngin olan məqalələr yayımlanır. Demək olar ki, son günlər bu yazıların ardı-arası kəsilmir. Onlardan bəziləri son zamanlar özləri barədə yazılan ən kiçik tənqidi yazıdan da narahat olurlar. Həmçinin, bir qrup şəxs sosial şəbəkələrdə mediaya təzyiq etmək yolu ilə həmin yazıların qarşısını almağa cəhd edirlər.

Məsələn Yenilik.Az saytı Miq.az-a istinadən “Gömrüyün əfsanəsi” başlıqlı yazı dərc edib və həmin yazıda bəzi gömrük generalları haqqında tənqidi fikirlər yer alıb. Yazıya münasibət bildirməkdənsə  generala yaxın olduqlarını gizlətməyən həmin adamlar  sosial şəbəkədə təzyiq etməklə  tənqidlərin qarşısını almaq istəyiblər. Həmin şəxslərdən Roman Məmmədov adlı biri hətta Yenilik.az-a xəbərdarlıq etməyi də unutmayıb. Bu artıq  konkret təzyiq metodudur. Təbii ki, mediada və sosial şəbəkədə yazılanlar hüquq-mühafizə orqanlarının diqqətində olduğu üçün bir əndişməmiz yoxdur, Azərbaycan güclü dövlətdir və hər hansı real bir təzyiqlə, təhdidlə üzləşsək heç kimin məsuliyyətdən yaxa qurtara bilməyəcəyini yaxşı bilirik,  bizi hədələyənlər də yəqin ki, bunu bilməmiş olmazlar.  Bəs generalı və ya onu sosial şəbəkədə müdafiə edənlər nədən narahatdırlar?

Son  günlərdə informasiya yayılıb ki, Gömrük sahəsindəki islahatların davamı olaraq artıq Komitənin rəhbərliyində dəyişikliklər gözlənilir. Bu isə generallar arasında mövqe savaşını gücləndirib. Ən maraqlısı budur ki, həmin general da Gömrük Komitəsinin sədri postuna iddialıdır və buna görə də mediada haqqında ən kiçik tənqidi yazının belə getməsini istəmir. Halbuki Azərbaycanda söz azadlığı, mətbuat azadlığı hələ Ulu Öndərimiz Heydər Əliyevin sağlığında təmin olunub və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Dövləti söz və mətbuat azadlığının QARANTIDIR! Ona görə də özünü Prezidentin komandasının  üzvü hesab edən hər kəs  möhtərəm Prezidentimizdən nümunə götürməli və söz, fikir, mətbuat azadlığına dözümlü yanaşmalıdırlar.

Sonda bu gömrük generalı ilə bağlı sosial şəbəkədə müdafiə kampaniyası aparıb təzyiq yolu tutan şəxslərin bəzi qeydlərini  təqdim edərək bildiririk ki, bizə qarşı hər hansı xoşagəlməz hadisə baş verərsə bu rəylər araşdırılmalıdır. Xüsusilə Roman Məmmədov profilinin təhdidlərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını xahiş edirik. Görək hüquqi dövlətdə bu şəxslərə kim icazə verib ki, istinadla verilmiş yazıya görə bu cür təhdid dili ilə danışsınlar?

Qaldı ki, Gömrük Komitəsinin yeni sədri kim olacaq, ümumiyyətlə olacaqmı, harasa birləşdiriləcək, yoxsa heç bir dəyişiklik olmayacaq, bunu media həll eləmir, media xəbər verir, kimisə vəzifəyə təyin etmək, hansısa qurumu ləğv etmək və ya yenidən formalaşdırmaq Prezidentin səlahiyyətindədir. Ona görə də düşünürük ki, mediaya təzyiq etmək yolu ilə tənqidin qarşısını almaq istəyən məmurlar, o cümlədən həmin general möhtərəm Prezidentimizin gömrük siyasətinin həyata keçirilməsi üçün daha böyük səylə çalışsa yaxşı nəticələr əldə oluna bilər.

yenilik.az

COP29

www.yenicag.az

1089
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv