!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük Komitəsinin qarşısında ETİRAZ AKSİYASI - Sahibkarlar qan ağlayır - FOTOLAR / VİDEO - YENİLƏNDİ (2)

!Reklam – Yazi

Gömrük Komitəsinin qanunsuz əməllərindən cana doyan sahibkarlar qurumun qarşısında etiraz aksiyası keçiriblər.

Yenicag.az xəbər verir ki, aksiyada iştirak edən çox sayda sahibkar Gömrük Komitəsinin onların fəaliyyətinə yaratdığı süni probleemlərin aradan qaldırılmasını, qanunlara əməl olunmasını tələb ediblər.

Sahibkarlar ötən ilin sentyabr ayından sonra Gömrük Komitəsinin onların başına oyun açdığını, problemlərini həll etmək üçün qurumun heç bir rəsmi nümayəndəsi ilə görüşə bilmədiklərini deyiblər.

Aksiyada iştirak edən “Ais” MMC-nin nümayəndəsi Faiq Bayramov bildirib ki, Gömrük Komitəsi qanunsuz şəkildə sahibkarlardan əlavə dövlət rüsumu alır və bu zaman heç bir etiraza məhəl qoyulmur:

“Ölkəyə qida əlavələri idxalı ilə məşğul oluruq və hər kəs vergi ödəyicisidir. Gətirdiyimiz hər bir məhsulun dövlət rüsumundan əlavə, vergisini də ödəyirik. 2020-ci ilin sentyabr ayından etibarən, qanunvericilikdə müvafiq dəyişiklik olmadığı halda, Gömrük Komitəsi “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndini pozaraq, qanunun 2,3 və 5-ci bəndlərinə istinadən dövlət rüsumu yığımı edib.

Müharibə şəraiti olduğuna görə sahibkarlar bu vəziyyətə etiraz etmədilər. Lakin yanvar ayından bizimlə heç bir görüş keçirilmir və qanunun tələblərinə əməl olunmur”.

“Ais” MMC-nin direktoru isə Gömrük Komitəsinin qanunsuz əməlləri ucbatından işçilərinin maaşını verə bilmədiyini və külli miqdarda borcunun yarandığını vurğulayıb:

“Ukraynadan realizasiya mal alıram. Mal ölkəyə gəlir və satılmamış invoys dəyəri 7 dəfə qaldırılır. Hazırda üç aydır ki, işçilərə maaş verə bilmirəm. “Paşa Bank”a 250 min manata yaxın, “RabitəBank”a 20 min manat borcum var, heç birini ödəyə bilmirəm.

Mart ayının sonunda pensiya fonduna vergi ödəməliyəm. Ancaq 7-8 min manatım da yoxdur ki, o ödənişi edim. Mövcud qanunsuzluqla bağlı Gömrük Komitəsinin şöbə müdiri ilə danışmaq mümkün deyil. Çünki sərf eləmir, telefonu açmır.

Bizim istəyimiz odur ki, mal gətirməyimiz üçün bizə imkan yaradılsın. Sahibkarları boğmaqla, heç bir inkişafa nail olmaq mümkün deyil. Hazırda Gömrük Komitəsində 90-ci illərin reket qaydaları hökm sürür”.

Digər sahibkar – “Fitolek Azeerbaijan” MMC-nin rəhbəri Elşad İsmayılov isə qeyd edib ki, Gömrük Komitəsi qanunları kobud şəkildə pozmaqla məşğuldur:

“Ötən il noyabrın 27-dən etibarən, Polşadan idxal etdiyim məhsul gömrükdə saxlanılıb. Bununla bağlı bütün dövlət orqanlarına müraciət olunsa da, sadəcə, yola verilib.

Gömrükdə hesablama sistemi yoxdur və məhsulun qiymətinin necə hesablanması barədə heç bir məlumat verilmir. Problemin həlli üçün quruma müraciət etsək də, “həll ediləcək”, – deyərək laqeyd yanaşılır”.

Əraziyə gələn Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov media işçilərinə və şikayətçi sahibkarlara açıqlama verərək bildirib ki, Komitənin qanunsuz əməllərlə məşğul olması ilə bağlı ittihamlar əsassızdır:

“Gömrük orqanlarının apardığı araşdırmalara görə, sözügedən qida əlavələri gətirilən və gömrükdə bəyan olunan qiymətdən fərqli olaraq, apteklərdə dəfələrlə baha qiymətə satılır.

Gömrük orqanları bu qiymətlərlə razılaşmır. Əgər bununla bağlı hansısa sahibkarın şikayəti varsa, məhkəmə orqanlarına müraciət edə bilər. Biz bütün sahibkarları qəbul edəcəyik və müəyyən araşdırmalar aparacağıq.

Gömrük Komitəsinin sahibkarlardan əlavə vəsait tələb etməsi ilə bağlı yayılan informasiyaları isə anlamaq olmur. Əlavə vəsait deyiləndə, nəyi nəzərdə tuturlar? Hətta bəziləri bunu rüşvət kimi təqdim edir. Əgər sahibkar malın dəyərinə görə ödədiyi rüsumu banka ödəyib qəbzini alırsa, hansı rüşvətdən söhbət gedə bilər”.

Gülşən Şərif

Aslı İsmayılzadə

Cavid Qaçayev

 

www.yenicag.az

3338
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv