!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrük postlarında UZUN NÖVBƏLƏR: Səfər Mehdiyev əməkdaşların sayını niyə azaldıb? - ŞƏRH

!Reklam – Yazi

“Pandemiya dövründə bir sıra sahələrdə işlərin dayandırılması avtomobil idxalı ilə məşğul olan şəxslərin sayını artırıb”.

Bu sözləri son günlər avtonəqliyyat vasitələrinin idxalında kəskin artımın qeydə alınmasına təsir edən amilləri dəyərləndirən nəqliyyat eksperti Elmədin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, idxal olan avtomobillər, əsasən, qəzalı avtomobillərdir:

“Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb. Bununla bağlı dövlət proqramı var. Artıq proqram razılaşdırma prosesinin son mərhələsindədir. Proqram çərçivəsində köhnə avtomobillərin atmosfer havasının çirklənməsində əsas rolu müəyyənləşdirilib.

Təbii ki, bu informasiya əksər sürücülərin öz avtomobillərini dəyişməsinə yol açır, onlar daha təzə avtomobil almağa meyilli olublar. Ona görə də ölkəyə idxal edilən avtomobillərin sayında artım müşahidə olunur. Təəssüf ki, ölkəyə daha çox qəza vəziyyətində olan avtomobillər gətirilir və təmir edildikdən sonra satılır. Qısa müddətdən sonra bu avtomobillərin ağır fəsadları üzə çıxır.

Bu avtomobillərlə qəzaya düşən, ölən və yaralanan insanların sayı çox olur. Avtomobil idxalının artımına təsir edən digər amil pandemiya ilə bağlıdır. Pandemiya dövrünün bitəcəyinə inanmayan işsiz şəxslərin əksəriyyəti bu gün avtomobillərin alqı-satqısı ilə məşğuldurlar”.

Elməddin Muradlı hesab edir ki, ölkəyə sağlam avtomobillərin gətirilməsi üçün düzgün idarəetmə sistemi qurulmalıdır:

“Son günlər gömrük məntəqələrində avtomobillərin rəsmiləşdirilməsi ilə bağlı sıxlıq müşahidə olunur. Düzdür, Gömrük Komitəsi bu sıxlığın səbəbi kimi avtomobil idxalının artımını göstərib. Lakin sürücülər və vətəndaşlar pandemiya ilə əlaqədar gömrük işçilərinin sayının azaldıldığını bildirirlər.

Ona görə də ölkəyə yeni gətirilən avtomobillərin qeydiyyat prossesində uzun növbələr müşahidə olunur. Hər bir halda ölkəyə sağlam avtomobillərin gətirilməsi üçün gömrük rüsumlarına yenidən baxılmalıdır. Hibrid avtomobillər üçün ciddi güzəştlər tətbiq edilməlidir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

848
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv