Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən güclü təsir edən maddə, avtomobil ehtiyat hissələri, dərman vasitələri aşkar edilib.
Yenicag.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində “Samur” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən 140 kapsul “Tramadol 50mg” və 25 ampul “Tramadol”, həmçinin “LADA” markalı avtomobillərə aid 85 ədəd ehtiyat hissəsi və 90 ədəd mühərrik aşkar edilib.
Digər iki nəqliyyat vasitəsindən isə gömrük orqanlarına bəyan olunmayan 19 adda 320 ədəd kosmetik vasitələr, 24 000 ədəd siqaret, 24 adda 3523 qutu dərman vasitəsi aşkar olunub.
Qeyd edək ki, tramadol “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının siyahısı”na daxildir.
www.yenicag.az