Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Google”-dan “facebook”-a keçdi

facebook_000111The Wall Street Journal nəşri yazıb ki, Googleun əsas əməkdaşlarından biri, şirkətin xidmətlərində peyk rabitəsindən istifadə üzərində işləmiş Maykl Seytlin Facebookda müvafiq vəzifəyə keçib. Bu, iki internet nəhənginin rəqabətində sosial şəbəkənin mövqeyini daha da gücləndirir.

Seytlin sentyabrın əvvəlində Facebookda işləməyə başlayıb. O, peyk qurğuları üzrə ekspertdir və Qreq Uaylerin başçılığı altında Google şirkətində işləyib.

Xatırladaq ki, Facebook və Google inkişaf etməkdə olan ölkələrdə internet qoşulmanın yaradılması üçün böyük səy göstərirlər. Nəhənglər yeni ölkələrin bazarında bu sahədə birinci olmağa ümid edirlər və peyk rabitəsi bu məqsədə çatmaq üçün əsas üsullardan biridir.

www.yenicag.az

278