“Google” şirkəti yüzlərlə mütəxəssisini ixtisar edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Xərcləri azaltmaq məqsədilə rəqəmsal köməkçi, aparat və mühəndislik qruplarında çalışan yüzlərlə işçi ixtisar olunacaq. İxtisara düşən işçilər arasında “Google Assistant” səs köməkçinin əməkdaşları üstünlük təşkil edir”, – məlumatda deyilir.
Qeyd edək ki, ötən ilin yanvarında “Google” şirkəti 12 min işçisini və ya qlobal işçi qüvvəsinin 6%-dən çoxunu ixtisar etməyi planlaşdırdığını açıqlamışdı.
www.yenicag.az