Goranboy sakinini huşunu itirənə qədər döydülər – FOTO

media-hightechnic-468x90

Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Elşad Dadaşov bu gün səhər saatlarında qohumları tərəfindən kəndin yaxınlığında huşunu itirmiş vəziyyətdə tapılıb.

Döyülərək müxtəlif bədən xəsarətləri aldığı bildirilən 34 yaşlı Elşad Dadaşov dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qohumları bildiriblər ki, E. Dadaşov münaqişə zəminində 6 nəfər kənd sakini tərəfindən döyülüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600